Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
2025-ci ildə Azərbaycanda keçirilən III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları ölkənin idman həyatında mühüm hadisəyə çevrilmişdir. 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərini əhatə edən bu beynəlxalq tədbir həm idmançılar, həm də azarkeşlər üçün böyük əhəmiyyət daşıyır. Yarışların açılış və bağlanış mərasimləri, eyni zamanda 8 idman növü üzrə yarışlar Azərbaycanın "MDB-nin idman paytaxtı" elan olunan Gəncə şəhərində təşkil olunmuşdur.
Ümumilikdə, 8 ölkədən 1846 idmançının iştirak etdiyi bu mötəbər yarış 7 şəhərdə keçirilib: Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi. Yarışlar 23 idman növünü əhatə edib. MDB Oyunları həm idmanın, həm də regional turizmin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Qəbələ – Tarix və Turizmlə Bərabər İdman Mərkəzi
Qədim tarixi və təbii gözəllikləri ilə tanınan Qəbələ şəhəri 2025-ci il MDB Oyunlarının ev sahibliyi edən şəhərlərindən biri olmuşdur. Yarışların proqramında Qəbələdə bir neçə idman növü üzrə turnirlər uğurla təşkil olunub:
Stolüstü tennis yarışları 27–30 sentyabr tarixlərində Qəbələ Olimpiya İdman Kompleksində baş tutub.
Badminton üzrə yarışlar 3–7 oktyabr tarixlərində keçirilmişdir.
Futbol üzrə oyunlar 28 sentyabr – 6 oktyabr tarixlərində Qəbələ Şəhər Stadionunda 16 yaşadək futbolçular arasında baş tutmuşdur.
Stend atıcılığı üzrə yarışlar isə 3–6 oktyabr tarixlərində Qəbələ Atıcılıq Klubunda keçirilib.
Bu yarışlara hazırlıq məqsədilə Qəbələdə bir sıra test yarışları və hazırlıq turnirləri də təşkil olunmuşdur. Məsələn, stolüstü tennis üzrə test turniri 24 sentyabr tarixində baş tutub. Eyni zamanda atıcılıq üzrə test yarışlarında 24 idmançı müxtəlif stend növlərində güclərini sınayıb. Futbol üzrə isə “Qəbələ” klubunun aşağı yaş qrupları arasında yoxlama oyunları keçirilib. MDB Oyunları təkcə idman yarışı deyil, həm də geniş ictimai və mədəni tədbirlər proqramını əhatə edir. Qəbələdə Heydər Əliyev Parkında təşkil olunmuş fan zonalar azarkeşlər üçün əyləncə, interaktiv oyunlar, musiqi proqramları və sosial tədbirlər mərkəzinə çevrilib. Bu zonalar yarışlara əlavə rəng qataraq həm yerli əhalinin, həm də turistlərin marağını cəlb etmişdir.
2025-ci il MDB Oyunları Azərbaycanın regional şəhərlərinin inkişafı və beynəlxalq idman tədbirlərinə ev sahibliyi potensialının nümayişi baxımından mühüm bir mərhələ oldu. Qəbələ şəhəri bu yarışlarda fəal iştirak edərək, yalnız mədəni və tarixi irsi ilə deyil, idman infrastrukturu və təşkilatçılıq bacarığı ilə də özünü bir daha sübut etdi.
Bu oyunlarının təşkilində könüllülərin rolu xüsusilə qeyd edilməlidir. Yarış boyunca müxtəlif şəhərlərdə keçirilən tədbirlərin uğurla təşkili və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsində yüzlərlə könüllü fəal şəkildə iştirak edib. Onlar informasiya dəstəyi, istiqamətləndirmə, qonaqların qarşılanması, tədbirlərin idarə olunması və digər sahələrdə əvəzsiz xidmət göstəriblər.
Qəbələ şəhərində keçirilən yarışlarda isə könüllü fəaliyyətinə xüsusi önəm verilib. Bu məqsədlə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri də könüllü olaraq bu prosesə cəlb olunublar. Onlar həm yarışların təşkilində, həm də fan zonalarda informasiya dəstəyi göstərərək tədbirin yüksək səviyyədə keçirilməsinə töhfə veriblər.
Bu cür beynəlxalq tədbirlərdə tələbələrin və gənclərin iştirakı onların ictimai fəallığını və peşəkar təcrübə qazanmasını təşviq etməklə yanaşı, həm də ölkənin turizm və iqtisadi potensialının inkişafına mühüm töhfə verir.
Aynurə Hüseynova, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin I kurs tələbəsi