Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirildiyi bildirilən hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasına edilən hücum barədə yayılan məlumatları ciddi narahatlıqla qarşılayır və bu təxribatı qətiyyətlə pisləyir.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı belə hücumlar ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təhlükə kimi qiymətləndirilməlidir. Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması beynəlxalq hüququn və humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır.
“Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi beynəlxalq ictimaiyyəti bu təhlükəli hadisəyə laqeyd qalmamağa, baş verənlərə prinsipial hüquqi-siyasi qiymət verməyə çağırır.
Eyni zamanda bildiririk ki, Azərbaycan dövləti və xalqı öz suverenliyinin və təhlükəsizliyinin qorunması məsələsində qətiyyətlidir.
Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu torpağa qarşı yönələn hər bir təxribat bütün Azərbaycan xalqına qarşı yönəlmiş addım kimi qəbul edilir.
“Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi
5 Mart 2026, 14:09 - 64
Paylaş: