"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

25 illik həsrətin ardınca...


I Qarabağ müharibəsində şəhid olmuş Vəli Zeynalovun ailəsi 25 ildən sonra yaşadıqları Rusiya Federasiyasının Moskva şəhərindən Naxçıvan şəhərinə ziyarətə gəliblər. Bu səfər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev şəhid ailəsi ilə görüşərək, onlarla səmimi söhbət aparmış və ailə üzvlərinə Ümummili Lider Heydər Əliyevin şəhid Vəli Zeynalovun məzarı başında şəhidin anası Anastasiya xanıma baş sağlığı verərkən çəkilən və mənəvi dəyəri böyük olan fotosunu, həmçinin xatirə hədiyyələrini təqdim etmişdir. Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədovun iştirakı ilə şəhid Vəli Zeynalovun məzarı ziyarət olunmuş və ruhuna dualar edilmişdir. Görüş zamanı şəhidin ailəsinə göstərilən diqqət və ehtiram, dövlətimizin şəhid ailələrinə verdiyi yüksək dəyərin bariz nümunəsi olaraq qiymətləndirilmişdir. Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim uca tutulur və onların ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar