Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda ilk oyununa çıxıb. Naxçıvan təmsilçi Yunanıstanın "Aris" komandasını "Dalğa Arena"da qəbul edib. Naxçıvanlılar qarşılaşmada 2:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, Yunanıstandakı cavab oyunu iyulun 31-də baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
"Araz-Naxçıvan" – "Aris" - 2:1
Qollar: Felipe Santos, 75, Patrik Andrade, 78 // Loren Moron, 66
Baş hakim: Andrey Kivulete
Baş hakimin köməkçiləri: Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku
Dördüncü hakim: Radu Petresku
"Dalğa Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis