"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Bakı qlobal QHT mərkəzinə çevrilir – 130 ölkə bir araya gələcək


Azərbaycan Milli QHT Forumu son iki ildə gördüyü işlər və qarşıdakı planlarla bağlı ictimai hesabat xarakterli mətbuat konfransı keçirib. Forumun 2024-cü ildə yenilənmiş strukturla fəaliyyətə başladığı və qısa müddətdə beynəlxalq səviyyədə tanınan platformaya çevrildiyi bildirilib. Qeyd olunub ki, qurum artıq yüzlərlə xarici QHT ilə əməkdaşlıq qurmağa nail olub.
Tədbir çərçivəsində Forumun illik fəaliyyət hesabatı səsverməyə çıxarılıb və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib.
Açıqlamada diqqətə çatdırılıb ki, 14 may 2026-cı ildə Bakıda 130-a yaxın ölkənin iştirakı ilə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək. Bundan əlavə, 16 may tarixində Türk dövlətlərinin QHT-lərinin II Həmrəylik Forumu təşkil olunacaq.
Forum rəhbərliyi QHT sektorunun inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ictimai təşəbbüslərin təşviqi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

1 May 2026, 18:05 - 1143

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar