"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Balıkesirdə güclü zəlzələ: dağıntılar var


Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı güclü zəlzələ baş verib, nəticədə bir sıra binalar dağılıb.

Yerli mediada yayılan görüntülərdə dağıntıların miqyası əks olunub. Hazırda dağıntılar altında insanların qalıb-qalmaması barədə rəsmi məlumat yoxdur.

Təbii fəlakət Balıkesirin Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Bundan başqa, Manisa şəhərində də ard-arda iki zəlzələ baş verib. Yerli mənbələr onların 4,6 və 4,3 maqnitudada olduğunu bildirib.

Axtarış-xilasetmə qrupları hadisə yerlərinə cəlb edilib, vəziyyət diqqətlə izlənir.

Paylaş: