"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Basqalda keramika sənətinin yaşayan ünvanı


Dünyanın bir çox turistik məkanlarında müxtəlif suvenir çeşidləri mövcuddur. Bu suvenirlər arasında ən qədim sənət nümunələrindən biri olan keramika bu gün də öz ənənəsini qoruyaraq müasir dövrlə uğurla uzlaşmaqdadır. Əsrlər boyu formalaşan bu sənət növü yalnız məişət əşyalarının hazırlanması ilə kifayətlənməyərək, eyni zamanda mədəni irsin və milli dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Bu ənənəni yaşadanlardan biri də Basqal Craft brendinin təsisçisi Bilal Hüseynovdur.O, artıq 5 ildir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən qədim Bazar meydanındakı satış-emalatxanasında keramikadan hazırlanmış əl işlərinin hazırlanması və satışı ilə məşğuldur. Onun yaratdığı emalatxana qısa müddət ərzində həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edən maraqlı məkanlardan birinə çevrilmişdir.
Basqala gələn yerli və xarici turistlərin böyük marağına səbəb olan bu məkan ənənəvi sənətkarlığın yaşadılması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Burada hazırlanan keramika nümunələri yalnız bəzək əşyaları kimi deyil, həm də Basqalın zəngin tarixini, memarlıq üslubunu və milli ornamentlərini özündə əks etdirən sənət əsərləri kimi diqqət çəkir.
Emalatxananı ziyarət edən turistlər hər zövqə uyğun keramika məhsulları əldə etməklə yanaşı, Basqalın tarixi məkanlarını əks etdirən müxtəlif ölçülü suvenirləri də seçə, həmçinin fərdi sifarişlər verə bilərlər. Bu cür təşəbbüslər yerli sənətkarlığın qorunmasına, turizmin inkişafına və regionun daha geniş tanıdılmasına mühüm töhfə verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

26 Aprel 2026, 12:07 - 1092

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar