Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qafqaz İslam Ordusunun əsgəri haqqında kitab ilk dəfə Azərbaycan dilində
XX əsrin əvvəllərində bölgədə müstəqillik və müdafiə hərəkatlarının əsas fəal qüvvələrindən biri olan Qafqaz İslam Ordusu Azərbaycanın və bütövlükdə Qafqazın təhlükəsizliyinin təmin edilməsində, xalqın azadlıq mübarizəsində mühüm rol oynayıb. Ordu yalnız hərbi uğurları ilə deyil, eyni zamanda milli şüurun və vətənpərvərlik ruhunun formalaşmasına verdiyi töhfələrlə də yadda qalıb.
Vətən uğrunda aparılan bu mübarizədə həm Azərbaycandan, həm də Türkiyədən minlərlə əsgər qazi və şəhid olub.
Araşdırmaçı-yazar Günay Rzayeva son bir neçə ildə Qafqaz İslam Ordusunun fəaliyyəti və tarixi ilə bağlı araşdırmalar aparır. Bu məqsədlə o, Türkiyəyə bir neçə səfər edərək arxiv materialları və şahidlərin xatirələri ilə tanış olub.
Araşdırmalar çərçivəsində Qafqaz İslam Ordusunun əsgərlərindən biri olmuş Əbdülqadir Bozalizadənin döyüş yolundan bəhs edən “Əbdülqadir bəy Bozalizadə (1894–1921)” kitabı da diqqətə çatdırılıb.
Kitabın müəllifi Əbdülqadir Bozdoğandır. Qeyd edək ki, bu əsər ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.
6 Mart 2026, 12:08 - 11
Paylaş: