"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri alim Zaur Əliyevi təbrik edib


Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Bilal oğlu Əliyev anadan olmasının 50 illik yubileyini qeyd edir. Bu əlamətdar gün münasibətilə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev, İdarə Heyəti və təşkilatın kollektivi adından görkəmli alimə təbrik ünvanlanıb.

Təbrikdə Zaur Əliyevin Azərbaycan elminə, tarixi həqiqətlərin bərpasına və milli yaddaşın qorunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib:

"Siz Azərbaycan elminə, tarixi həqiqətlərin bərpasına və milli yaddaşımızın qorunmasına ləyaqətlə xidmət edən, öz dərin zəkası və prinsipial duruşu ilə cəmiyyətdə böyük nüfuz qazanmış görkəmli ziyalılarımızdansınız. Doğulduğunuz Ağdamın, o cümlədən vaxtilə düşmən tapdağında olan bütün torpaqlarımızın işğal acısını elmi və milli mübarizə əzminə çevirərək yürütdüyünüz fəaliyyət, erməni terrorizminin, saxtakarlıqlarının ifşası və arxiv sənədlərinin üzə çıxarılması istiqamətindəki xidmətləriniz hər birimiz üçün qürur mənbəyidir."

Emin Tarverdiyev və Birlik kollektivi Zaur Əliyevin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və vətənpərvərlik ideyalarının təbliğindəki rolunu vurğulayaraq, onun mənəvi dəstəyinə və müdrik tövsiyələrinə görə dərin minnatdarlığını bildirib.

Təbrikin sonunda 50 illik yubileyini qeyd edən alimə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulanıb.

19 Sentyabr 2026, 0:51 - 354

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar