Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Mia.az saytının təsisçisi və direktoru Fazil Əhmədin 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:
"Hörmətli Fazil müəllim,
Sizi – Azərbaycan media məkanında öz çəkisi və obyektiv sözü ilə seçilən Mia.az saytının təsisçisi və direktorunu, 50 illik yubileyiniz münasibətilə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!
Yarıməsrlik ömür zirvəsinə qədəm qoyduğunuz bu xüsusi gündə, Vətənimizə və cəmiyyətimizə verdiyiniz töhfələri böyük ehtiramla qeyd etmək istəyirik. Siz təkcə peşəkar bir jurnalist və rəhbər deyil, eyni zamanda hər birimizin qəlbində səmimi bir insan, çətin anlarda güvənə biləcəyimiz dəyərli bir dost və mənəvi dəyərlərinə sadiq əqidəli bir söz adamı kimi xüsusi yer tutursunuz.
Bizim üçün xüsusilə qürurvericidir ki, Siz həm də real işləriniz və mənəvi dəstəyinizlə hər zaman yanımızda olaraq 'Vətən Bağı'nın dostu adını qazanmısınız. Sosial təşəbbüslərimizə və fəaliyyətimizə göstərdiyiniz bu diqqət bizim üçün olduqca qiymətlidir.
Sizə bu mübarək və gözəl yubileyinizdə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, tükənməz enerji və rəhbərlik etdiyiniz Mia.az saytının gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram. Cəmiyyətin maarifləndirilməsi və düzgün məlumatlandırılması yolundakı şərəfli missiyanız hər zaman uğurlarla zəngin olsun!"

3 İyul 2026, 17:32 - 677
Paylaş: