Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev vaxtilə təhsil aldığı Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbin ilk direktoru Məfkurə Süleymanovanı 80 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə qeyd olunub ki, Məfkurə Süleymanova sözügedən təhsil ocağının formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Bildirilib ki, onun rəhbərliyi və uzaqgörən fəaliyyəti nəticəsində məktəbin əsası möhkəm qoyulub, illər boyu davam edən uğurların təməli məhz onun zəhməti hesabına yaradılıb.
Emin Tarverdiyev vurğulayıb ki, Məfkurə Süleymanova yalnız direktor kimi deyil, həm də bir çox nəslin həyatına işıq salan, onlara düzgün yol göstərən müəllim və ziyalı kimi yadda qalıb. Onun pedaqoji fəaliyyəti sayəsində yüzlərlə şagird cəmiyyətə layiqli vətəndaş kimi yetişib.
Sonda yubilyara möhkəm cansağlığı, uzun ömür, xoş günlər və sevinc dolu illər arzulanıb, onun kimi ziyalıların cəmiyyət üçün böyük dəyər daşıdığı qeyd edilib.

13 Aprel 2026, 21:32 - 151
Paylaş: