Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri Mərdan Seyidbəyli 55 illik yubileyi münasibətilə "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev tərəfindən təbrik edilib.
Mərdan Seyidbəyli illərdir göstərdiyi xeyriyyəçilik fəaliyyəti, sosial təşəbbüslərə dəstəyi və ehtiyac sahiblərinə həssas yanaşması ilə ictimaiyyət arasında böyük rəğbət qazanıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Yardımlıda həm xeyirxahlığın, həm də ictimai həmrəyliyin güclənməsinə ciddi töhfə verib.
Xüsusilə Yardımlıdan olan tələbələrə göstərdiyi xüsusi diqqət, onların təhsil imkanlarının genişləndirilməsinə dəstəyi gənclərin inkişafına yönəlmiş dəyərli addım kimi qiymətləndirilir.
Emin Tarverdiyev təbrikində Mərdan Seyidbəyliyə möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, onun xeyirxah təşəbbüslərinin davamlı olacağına inandığını bildirib.

26 Noyabr 2025, 15:46 - 1005
Paylaş: