"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri Rauf Arifoğlunu təbrik etdi


​“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev tanınmış media nümayəndəsi, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli jurnalist Rauf Arifoğluna 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
​Təbrikdə Rauf Arifoğlunun Azərbaycanın müasir mətbuat tarixindəki xüsusi rolu, cəsarətli mövqeyi və dövlətçilik prinsiplərinə sadiqliyi vurğulanıb:
​"Siz Azərbaycanın müasir mətbuat tarixində xüsusi dəst-xətti, cəsarətli mövqeyi və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən görkəmli ziyalılardansınız. İllər boyu davam edən yorulmaz fəaliyyətinizlə milli mətbuatımızın inkişafına, cəmiyyətimizin maariflənməsinə və milli maraqlarımızın qorunmasına böyük töhfələr vermisiniz."
​Məktubda həmçinin yubiley ərəfəsində möhtərəm cənab Prezident tərəfindən Rauf Arifoğlunun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsinin onun media sahəsindəki çoxillik zəhmətinə və dövlətimizə sadiqliyinə verilən en ali qiymət olduğu qeyd olunub.
​Sonda ictimai birliyin rəhbərliyi yubilyara möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayıb.

22 İyul 2026, 17:21 - 77

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar