"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Elcan Hacıyevdən bürünc medal


Elcan Hacıyev Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatında 90 kq çəki dərəcəsində bürünc medal qazanıb. İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə görüşüb və bürün medala sahib çıxıb. Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında ikinci medalıdır.

Paylaş: