Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
9 noyabr 2025-ci il tarixində tanınmış ultramarafonçu və iş adamı Elməddin Məmmədov Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən beynəlxalq marafonda 42.2 km məsafəni uğurla qət edib. O, bu nailiyyətini Azərbaycan Zəfərinin 5-ci ildönümünə, Müzəffər Ordumuza və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyini bildirib.
Yarış boyunca həm idmançı xarakterini, həm də milli ruhunu nümayiş etdirən Elməddin Məmmədov Azərbaycan bayrağını Səmərqənddə qürurla dalğalandırıb. Finiş xəttini keçərkən göstərdiyi iradə və əzmkarlıq marafon iştirakçıları və təşkilatçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Fərqli ölkələrdə keçirilən beynəlxalq yarışlarda dəfələrlə iştirak etmiş Elməddin Məmmədov təkcə idman uğurları ilə deyil, həm də ictimai fəallığı və vətənpərvər mövqeyi ilə tanınır. O, sosial layihələrdə və gənclərin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak edir, dövlətinə və milli dəyərlərə sadiqliyi ilə seçilir.
Elməddin Məmmədovun bu uğuru onun şəxsi idman tarixində yeni bir mərhələ olmaqla yanaşı, Azərbaycan idmanının beynəlxalq arenada təbliğinə də mühüm töhfədir.
Bu addımı həm Zəfər Gününün mənəvi ruhuna, həm də əsgər və şəhidlərimizin əziz xatirəsinə səmimi bir ehtiram nümunəsi kimi dəyərləndirilir.

10 Noyabr 2025, 15:12 - 100
Paylaş: