"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Nəbili: IV QHT Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələdir


Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkə QHT-lərinin IV Əməkdaşlıq Forumu keçirilib. Zəfərimizin 6-cı ili ərəfəsində baş tutan bu mötəbər tədbir ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevrilib.

Forumun işini və qəbul edilən qərarları yüksək qiymətləndirən “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili tədbirlə bağlı təəssüratlarını bölüşüb: Forumun işini yüksək qiymətləndirirəm. Bu cür platformalar QHT-lər arasında təcrübə mübadiləsinin aparılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və ortaq məqsədlər ətrafında birləşmək baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, vətəndaş cəmiyyətinin güclənməsi üçün QHT-lərin koordinasiyalı fəaliyyəti, qarşılıqlı dəstəyi və ictimai təşəbbüslərdə fəal iştirakı vacibdir.

Belə görüşlər təşkilatlar arasında əlaqələrin möhkəmlənməsinə, yeni layihə və ideyaların meydana çıxmasına, eləcə də cəmiyyət üçün aktual məsələlərin həllinə töhfə verə bilər.

Həmçinin, müasir dövrdə QHT-lərin yalnız ənənəvi fəaliyyət üsulları ilə kifayətlənməsi doğru deyil. Sosial media imkanlarından səmərəli istifadə, rəqəmsal alətlərin tətbiqi və süni intellekt texnologiyalarından düzgün yararlanmaq təşkilatların fəaliyyətinin daha səmərəli qurulmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə və layihələrin daha geniş auditoriyaya çatdırılmasına kömək edə bilər.

Belə bir forumun keçirilməsinə görə təşkilatçılara təşəkkürümü bildirir, bu cür təşəbbüslərin davamlı olmasını arzulayırıq.

7 Noyabr 2026, 13:46 - 99

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar