"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Erməni diasporu alim Zaur Əliyevi hədəf alıb


Azərbaycanlı tədqiqatçı Zaur Əliyev sosial şəbəkə hesabında erməni diasporu və lobbi dairələri tərəfindən hədəfə alındığını bildirib. Onun sözlərinə görə, Latın Amerikasında fəaliyyət göstərən və əsasən ispandilli auditoriyaya yönəlmiş “SoyArmenio” platformasında onun fəaliyyəti ilə bağlı geniş məqalə dərc olunub.
Paylaşımda qeyd olunur ki, sözügedən yazıda Zaur Əliyevin beynəlxalq elmi jurnallarda dərc edilən məqalələri tənqid edilir və onun “Qərbi Azərbaycan” anlayışını elmi dövriyyəyə gətirməsi xüsusi vurğulanır. Məqalədə iddia olunur ki, Əliyev Ermənistanın əraziləri və regionun tarixi ilə bağlı fərqli yanaşmalar ortaya qoyur, erməni tarixşünaslığında qəbul olunmuş bəzi tezisləri şübhə altına alır.
Eyni zamanda yazıda qeyd edilir ki, Azərbaycanlı müəllifin Latın Amerikası ölkələrində, o cümlədən Kuba Elmlər Akademiyasının jurnalında çıxışları və nəşrləri erməni tərəfi tərəfindən narahatlıqla qarşılanır. İddialara görə, onun elmi məqalələri arxiv sənədlərinə əsaslanır və müxtəlif dillərə tərcümə edilərək geniş auditoriyaya çatdırılır.
Platformada yayılan materialda həmçinin vurğulanır ki, Zaur Əliyevin fəaliyyəti yalnız akademik məqalələrlə məhdudlaşmır; o, sosial şəbəkələrdə də aktivdir və müxtəlif tarixi mövzular, o cümlədən Xocalı hadisələri, Cənubi Qafqazın demoqrafik tarixi və bölgənin mədəni irsi ilə bağlı fikirlərini paylaşır.
Yazıda bildirilir ki, erməni fond və təşkilatlarının əsas məqsədi Əliyevin məqalələrinin yayımlandığı platformalara təsir göstərmək və ona qarşı alternativ məzmun formalaşdırmaqdır. Bununla yanaşı, bəzi erməni analitiklərinin onun fəaliyyətini “akademik diplomatiya” kimi qiymətləndirdiyi də qeyd olunur.
Zaur Əliyev isə öz paylaşımında vurğulayıb ki, Cənubi Qafqazın tarixinin obyektiv araşdırılması vacibdir və elmi faktlar siyasi yanaşmalarla inkar edilə bilməz.

27 Aprel 2026, 21:11 - 56

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar