"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“İntellekt dalğası" Culfaya çatdı


16 iyul tarixdə Culfa Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Culfa rayon seçimi təşkil olunub. 
İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçı komandalara uğurlar arzu edib.

Sonra 5 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Culfa rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Şəfalı cavablar” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

 

 

 

 

 

 

 

 

Paylaş: