"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Firdovsi Umudov Qaxda “Kürmük” Təlim-Məşq Mərkəzində olub


Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən “Kürmük” klubunun təlim-məşq mərkəzində olub. Bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.
Klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı Firdovsi Umudova məlumat veriblər. Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur. Firdovsi Umudov bölgələrimizdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb. Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar