Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi hər zaman dövlətimizə və xalqımıza faydalı işlər görüb. Yarandığı gündən bəri bu təşkilat bir çox əhəmiyyətli işlərə imza atıb. 44 günlük Vətən Müharibəsində hərbçilərimizə böyük dəstəklə başlayan bu fəaliyyət hələ də davam edir. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə reallaşdırdığı layihələr daha çox şəhid ailələrini və torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş insanları əhatə edir. Nə xoş bizə ki, bu layihələr Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Muxtar Respublikadan onlarla şəhid ailəsi və qazi İctimai Birliyin layihələri çərçivəsində reallaşdırılan işlərdən faydalanıb.
İndi “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin saytı da fəaliyyətə başlayıb. Bu da o deməkdir ki, təşkilatın gördüyü əhəmiyyətli işlərin siyahısı genişlənir və bu işlərdən faydalanan insanların sayı da çoxalır. Bu, xüsusilə şəhid ailələri, qazilər və sosial durumu zəif olan təbəqə üçün xoş xəbərdir. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin və vetenbagi.az saytının işlərində uğurlar arzulayıram!
Hörmətlə,
Gülşad Rüstəmli (Şəhid anası, Naxçıvan MR Ali Məclisinin deputatı)