Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan şəhərində İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair aparılan paralel auditin yekun hesabatlarının təqdimat mərasimi keçirilib.
Təqdimatda Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib. Tədbirdə həmçinin Milli Məclisin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və digər rəsmi şəxslər də iştirak ediblər.
Mərasimdə ali audit qurumları arasında aparılan paralel auditin nəticələri təqdim olunub, xüsusilə layihə çərçivəsində investisiya qoyuluşları ilə bağlı əldə edilən nəticələr müzakirə olunub. Hesabatların əsas məqamları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilir ki, paralel audit Azərbaycan Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi arasında 2022-ci ildə imzalanan və yenilənmiş Anlaşma Memorandumu əsasında həyata keçirilib.
Eyni zamanda, səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında ikitərəfli görüş olub və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.