"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: İranı virana aparan siyasət


Tarixin müxtəlif dövrlərində və elə bu günün özündə də bəzən elə qəribə səhnələr olur ki, adam istər-istəməz sual verir: "Doğurdanmı bu baş verən siyasətdir yoxsa uğursuz bir komediya səhnəsinin kiçik bir epizodudur"? 
Bu gün yaşadığımız hadisə, İran adlanan dövlətin  pilotsuz uçuş aparatları ilə Azərbaycanın qədim torpağı, bir parçası Naxçıvan Muxtar Respublikası istiqamətində hücum etməsi xəbəri də komediyajöj bir epizod səhnəsidir. 
Bir tərəfdən özünü  “böyük güc” kimi təqdim edən bir dövlət, digər tərəfdən isə sərhədin o tayından dron göndərib mülki obyektlərin yaxınlığına düşən, siyasi və hüquqi  baxımdan nə nəticə verəcəyi belə məlum olmayan bir addım. 
Açığı, bu daha çox güc nümayişindən yox, siyasi savadsızlıqdan irəli gəlir.. Dövlət var, ancaq onun siyasəti demək olar ki, yoxdur.
Tarix boyu güclü dövlətlər güclərini nümayiş etdirmək üçün oxşar cəhdlər ediblər, lakin  bəzən elə addımlar da olur ki, nəticədə güc nümayişi yox, özünü gülünc vəziyyətə salmaq olur. 

Gəlin İrana sual verək: 
Naxçıvana dron göndərməklə nə dəyişəcək?
 Regionun siyasi xəritəsi dəyişəcək? 
Azərbaycanın iradəsi zəifləyəcək? 
Yoxsa orda siyasəti müəyyən edənlər  ciddi şəkildə düşünür ki, belə primitiv təxribatlarla Azərbaycanı qorxutmaq mümkündür?
Bu sualların cavabı o qədər aydındır ki, onları uzun-uzadı izah etməyə belə ehtiyac yoxdur.
Ən diqqət çəkən məqam isə Azərbaycanın reaksiyasıdır. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı və mövqeyini açıq şəkildə ortaya qoydu. Bu isə bir daha göstərdi ki, Azərbaycan belə oyunları nə görməzdən gələn, nə də ciddi qəbul etməyəcək qədər sadəlövh dövlətdir. Əslində bütün bu hadisənin ən ironik tərəfi də budur.
Bəziləri hələ də 90-cı illərin Azərbaycanını xatırlayır və elə bilirlər ki, eyni metodlar bu gün də işləyəcək.
Amma zaman dəyişib. Bu gün Azərbaycan regionda  sözünü deyən, gücünü sübut etmiş dövlətdir. Belə bir dövlət üçün sərhədin o tayından göndərilən dronlar nə qorxu yarada bilər, nə də siyasi nəticə. Onların dronu varsa bizim Dəmir Yumruq var və təkcə Ermənistan yox, Iran da arada bunu hiss edib.
Əksinə, belə addımlar bəzən yalnız bir şeyi göstərir: böyük iddiaların arxasında bəzən çox kiçik siyasət dayanır.
Çünki ciddi dövlətlər tarix yazmağa çalışır. Komik görünənlər isə bəzən sadəcə xəbərlərin satirik hissəsinə çevrilir.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

5 Mart 2026, 19:24 - 72

Paylaş: