"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllı rayonunda “14 iyul – Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü” münasibətilə “İradənin zəfər çaldığı gün: Tarixi bir başlanğıcın izi ilə” adlı tədbir keçirilib


14 iyul tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində  “14 iyul – Ulu  Öndər Heydər  Əliyevin  siyasi  hakimiyyətə  gəlməsinin 57-ci  ildönümü”  münasibətilə    “İradənin zəfər çaldığı gün: Tarixi bir başlanğıcın izi ilə ”  adlı  tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  birgə  təşkilatçılığı ilə reallaşıb.

 Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları  Mərkəzin  ekspozisiya  zalında  Ulu  Öndərin zəngin irsini əks etdirən fotostendlərlə tanış olaraq, dahi şəxsiyyətin keçdiyi keşməkeşli, lakin şərəfli həyat yoluna nəzər salıblar.      

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş  qəhrəmanların  xatirəsinin  bir  dəqiqəlik  sükutla  yad  edilməsi  ilə  başlayıb. 

Daha sonra tədbir iştirakçılarına  Ümummilli Liderin Azərbaycan naminə çəkdiyi fədakar zəhmətə  həsr olunmuş  “Liderin ürəyi”  sənədli filmi nümayiş etdirilib. 

 Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, 14 iyul tarixi xalqımızın milli özünüdərk və dövlətçilik şüurunun oyanışında dönüş nöqtəsidir. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə respublikamızda başlayan intibah dövrü, yalnız iqtisadi-mədəni yüksəlişin deyil, həm də müstəqilliyə aparan mürəkkəb yolun etibarlı təməlini qoymuşdur. Natiqlər vurğulayıblar ki, Ümummilli Liderin formalaşdırdığı bu güclü dövlətçilik fəlsəfəsi bu gün də əsası qoyulmuş strateji xəttin davamlılığını və Azərbaycanın beynəlxalq nüfuzunun  sarsılmazlığını  şərtləndirən  başlıca  amildir.

Tədbirin məqsədi Azərbaycanın müstəqillik yolundakı şanlı tarixini gənc nəsillərə çatdırmaq, Ümummilli Liderin xilaskarlıq missiyasını dərindən dərk etmək və  vətənpərvərlik  ruhunu  gücləndirməkdir. 

Ulu öndərin siyasi irsi bizim üçün həm keçmiş, həm də gələcəyə aparan işıqlı yoldur. Onun yolu ilə irəliləyən Azərbaycan isə hər zaman qalibdir!
 

 

 

 

 

14 İyul 2026, 22:40 - 356

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar