"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib


İsmayıllı rayonunda “28 May – Müstəqillik Günü” münasibətilə “Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı” mövzusunda tədbir keçirilib.
26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri, İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində baş tutub.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, həmçinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri iştirak ediblər.
Tədbirdən öncə kitabxananın foyesində “Müstəqillik Günü”nə həsr olunmuş fotosərgi, eləcə də “Şəhərsalma və Memarlıq İli”nə aid kitablar və “İsmayıllı” jurnalı nümayiş etdirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edən natiqlər Azərbaycan müstəqilliyinin təkcə siyasi hadisə deyil, xalqın əsrlər boyu davam edən azadlıq mübarizəsinin nəticəsi olduğunu vurğulayıblar. Bildirilib ki, müstəqillik şəhid qanı və böyük fədakarlıqlar bahasına əldə olunub və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.
Qeyd olunub ki, tədbirin əsas məqsədi keçmişin şərəfli tarixini xatırlatmaq, bu günün azadlıq qürurunu paylaşmaq və gələcək nəsillər üçün daha güclü və firavan Azərbaycanın qurulmasına çağırış etməkdir.
Sonda iştirakçılar tərəfindən Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğu vurğulanıb.

 

 

27 May 2026, 13:05 - 1283

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar