Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İsmayıllı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi və İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
“Azərbaycanın abidələr dünyası: Ulu Öndər Heydər Əliyevdən gələcəyə miras” mövzusuna həsr olunan tədbir Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində, eləcə də Beynəlxalq Abidələr Gününə həsr olunaraq keçirilib.
Tədbir zamanı İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin tələbələrinin hazırladığı “Tikdim ki, izim qala” adlı maket və əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mədəni irsin qorunması və bərpası sahəsində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıblar, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Eyni zamanda, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı fikirlər səsləndirilib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən “Azərbaycan xəzinəsi” adlı videoçarx nümayiş olunub, Ulu Öndərin zəngin irsi haqqında məlumat verilib.
Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, o cümlədən İsmayıllı rayonunun tarixi abidələrinin – Girdiman qalası, Cavanşir qalası, Qız qalası, Xan qalası və digər nümunələrin qorunması, gələcək nəsillərə ötürülməsi və gənclərin bu sahədə maarifləndirilməsidir.
Çıxışlarda vurğulanıb ki, tarixi abidələr xalqın yaddaşını və mənəvi dəyərlərini yaşadan mühüm irsdir və onların qorunması hər bir vətəndaşın borcudur.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.




21 Aprel 2026, 18:09 - 1144
Paylaş: