"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda gənclərdən mədəni irsə sahiblik mesajı – Tarixi abidələr üçün yeni nəfəs


İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Prezident Sərəncamının icrası çərçivəsində, 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə geniş tədbir keçirilib.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı üzrə nümayəndəliyi, Heydər Əliyev Mərkəzi və İsmayıllı rayon Uşaq Səfirləri Məclisinin birgə təşkilatçılığı ilə baş tutub.
“Şagirdlərin gözü ilə Heydər Əliyev irsi və onun mədəni irsimizin öyrənilməsində rolu” mövzusunda keçirilən tədbirdə rayon məktəblərindən 50-dən çox şagird və müəllim iştirak edib. İştirakçılara Ümummilli Lider Heydər Əliyevin mədəni irsə göstərdiyi diqqəti əks etdirən foto və bukletlər təqdim olunub, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında “Azərbaycanın xəzinəsi” adlı videoçarx nümayiş etdirilib.
Çıxış edənlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında Heydər Əliyev irsinin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.
Tədbirdə İsmayıllı rayonunun ərazisində yerləşən Girdiman, Xan, Qız, Fit, Niyal, Cavanşir, Qasımxan qalaları, eləcə də Qırxotaq və Buzxana kimi tarixi abidələrin mövcud vəziyyətinə diqqət çəkilib. Qeyd olunub ki, bu abidələr xalqın qədim tarixinin canlı izlərini yaşadır və onların qorunması gələcək nəsillər üçün mühüm vəzifədir.
Müasir şəhərsalma ilə tarixi irsin vəhdətinin vacibliyi xüsusi qeyd edilərək bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” gənclər üçün yeni imkanlar açır. İnnovativ yanaşmalar və müasir texnologiyalar tarixi abidələrin bərpası və təbliğində əsas vasitələrdən biri kimi dəyərləndirilib.
Şagirdlər də müzakirələrdə fəal iştirak edərək öz fikirlərini bölüşüblər. Tədbir çərçivəsində Uşaq Səfirləri Məclisinin üzvləri üçün Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub.
Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

 

 

 

20 Aprel 2026, 22:03 - 2201

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar