Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın taleyini dəyişən zəfər tarixi" adlı tədbir təşkil olunub.
12 iyun tarixində baş tutan tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə məsul əməkdaşları, yerli mədəniyyət müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl qonaqlar mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyev həyat və fəaliyyətini əks etdirən kitab, sənəd və fotolardan ibarət sərgi ilə tanış olublar. Daha sonra mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsinə həsr olunmuş ekskursiya təşkil edilib. Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılara müstəqil dövlətimizin qurucusunun xalqımız qarşısındakı xidmətlərini və Zəfərə gedən tarixi yolu işıqlandıran “Qurtuluşdan inkişafa” sənədli filmi nümayiş etdirilib.
Çıxış edən natiqlər vurğulayıblar ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün sadəcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gündür. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədəki anarxiya və daxili qarşıdurmalara son qoyulub, sabitlik təmin edilib və Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub. Natiqlər qeyd ediblər ki, bu gün qazanılan bütün uğurların əsasında Ümummilli Liderin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs dayanır. Məhz bu məqsədyönlü siyasət və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu şanlı zəfər xalqımızda böyük qürur hissi, milli oyanış və sarsılmaz bir birlik yaradıb.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqillik yolundakı çətin və şərəfli tarixini gənc nəsillərə aşılamaq, Ümummilli Liderin xilaskarlıq missiyasını təbliğ etmək, həmçinin cəmiyyətdə milli birlik və vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
13 İyun 2026, 23:10 - 229
Paylaş: