"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda möhtəşəm tədbir: Heydər Əliyevin memarlıq irsi yenidən diqqət mərkəzində


İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “Azərbaycan memarlığının inkişafında Heydər Əliyev izi” mövzusunda tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində iştirakçılar üçün kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevin mədəni irsə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər, İsmayıllı rayonu ərazisində yerləşən memarlıq abidələrinin görüntüləri və müxtəlif bukletlərdən ibarət sərgi təşkil edilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində, həmçinin 18 aprel — Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilib. Bu gün 1983-cü ildən etibarən UNESCO-nun dəstəyi ilə dünya üzrə qeyd olunur və əsas məqsədi tarixi-mədəni irsin qorunmasına diqqəti artırmaqdır.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan memarlığı və şəhərsalmasının inkişafındakı rolu, Bakı və regionların memarlıq simasının formalaşdırılması istiqamətində həyata keçirdiyi işlər, milli memarlıq ənənələrinin qorunması və müasir yanaşmalarla zənginləşdirilməsi barədə ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədinin Azərbaycanın zəngin memarlıq irsinin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması, eləcə də Heydər Əliyevin bu sahədə əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin vurğulanması olduğu bildirilib. Eyni zamanda, may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

 

 

 

20 Aprel 2026, 19:56 - 2295

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar