Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayyəndəliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional nümayyəndəliyinin İsmayıllı bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası və “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin arzuları gənglərin gözü ilə” başlığı altında gənglərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən ilk öncə Ulu öndər və Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinin qorunması istiqamətində gördüyü işlərə dair “Azərbaycanın xəzinəsi” adlı videorolikə baxış keçirilmişdir.
Giriş sözü ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional nümayyəndəliyinin İsmayıllı bölməsinin mütəxəssisi Leyla Cavadlı öz çıxışında gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindəki yerindən bəhs etdi. O, gəncləri Azərbaycanın zəngin mədəniyyətini və tarixi keçmişini dərindən öyrənməyə, xüsusilə tariximizin canlı yaddaşı olan abidələrimizi gələcək nəsillərə ötürmək üçün “mənəvi körpü” rolunu oynamağa səslədi. O, hər bir gənc öz fəaliyyəti ilə ölkəmizin mədəni diplomatiyasına töhfə verməli və milli irsimizin qlobal miqyasda hamisi kimi çıxış etməli olduğunu vurğuladı.
Sonra Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi Samir Zülfiyev gənclərlə görüşündə Azərbaycanın memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğuladı. O, çıxışında xüsusilə bölgədəki tarixi qalaların hazırkı vəziyyətinə diqqət çəkərək, gənclərə bu abidələrin təbliği və bərpası prosesində aktiv rol almağı tövsiyə etdi. Müasir şəhərsalma trendləri ilə qədim ənənələrin sintezini yaratmağın vacibliyini qeyd edən natiq, gəncləri milli mənliyimizin simvolu olan abidələrə qarşı daha həssas olmağa çağırdı.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxışında “Şəhərsalma və Memarlıq İli”nin gənclər üçün yaratdığı imkanlara toxunaraq, tarixi landşaftın qorunması ilə müasir inkişafın paralelliyini təhlil etdi. O, gənclərə müraciət edərək bildirdi ki, müasir texnologiyalar və innovativ həllər tarixi abidələrin bərpası və təbliğində əsas alətə çevrilməlidir. Mayıl müəllim gəncləri rayonun turizm potensialını artıracaq yaradıcı layihələrdə fəal iştirak etməyə və əcdadlarımızın bizə miras qoyduğu memarlıq incilərinə peşəkar məsuliyyətlə yanaşmağa tövsiyə etdi.
-



17 Aprel 2026, 19:21 - 173
Paylaş: