Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İsmayıllı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə gənclər üçün “Tarixim İz” adlı ekskursiya təşkil edilib.
Tədbir “Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi haqqında” Prezident Sərəncamının icrası çərçivəsində baş tutub. Ekskursiya İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin tələbələri üçün nəzərdə tutulub.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin İsmayıllı bölməsi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının İsmayıllı bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Ekskursiya çərçivəsində iştirakçılar Şahdağ Milli Parkının İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən tarixi Cavanşir qalasına səfər ediblər. Gənclərə Azərbaycanın zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat verilib, tarixi abidələrin qorunmasının əhəmiyyəti izah olunub.
Eyni zamanda iştirakçılar təbiət və tarix arasında mövcud olan vəhdəti yaxından müşahidə etmək imkanı qazanıblar. Cavanşir qalasının tarixi və əhəmiyyəti barədə təqdimat keçirilib.
Qeyd olunub ki, bu cür maarifləndirici ekskursiyalar gənclərin tarixə marağının artırılmasında, milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır. Belə təşəbbüslər vasitəsilə gənc nəsil keçmişi daha dərindən dərk edir, onu qorumağın vacibliyini anlayır və gələcəyə daha məsuliyyətlə yanaşır.
Mütəxəssislərin fikrincə, bu kimi layihələrin davamlı təşkili gənclərin tarixə bağlılığını gücləndirir, onların təbiətə və mədəni irsə həssas münasibət formalaşdırmasına töhfə verir.




27 Aprel 2026, 23:53 - 25
Paylaş: