Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyində "Tarixin səsi: Abidələrimizi kəşf edək" mövzusunda tədbir keçirildi.
Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri iştirak edirdilər. Tədbirdən öncə muzeyin foyesində abidələrə həsr olunmuş maket sərgisi, İsmayıllı rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin foto şərgisi və Tarix-Diyarşünaslıq muzeyinin eksponatlarının sərgisi nümayiş etdirildi. Tədbirdə Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş "Azərbaycan xəzinəsi" adlı videorolikə baxış keçirildi.
Tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin icrası çərçivəsində, həmçinin 18 aprel — Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olundu. Bu əlamətdar gün UNESCO-nun dəstəyi ilə 1983-cü ildən etibarən dünya miqyasında qeyd edilir və məqsədi tarixi abidələrin və mədəni irsin qorunmasına ictimai diqqəti artırmaqdır.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan memarlığının və şəhərsalmanın inkişafındakı müstəsna rolu, onun dövründə Bakı və regionların memarlıq simasının formalaşmasında gördüyü işlər, milli memarlıq üslubunun qorunub saxlanılması və müasir memarlıq prinsipləri ilə zənginləşdirilməsi haqqında ətraflı məlumat verildi.
Tədbirin əsas məqsədi 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nin ruhuna uyğun olaraq, Azərbaycanın zəngin memarlıq irsinin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi, həmçinin Ulu Öndər Heydər Əliyevin abidələrin qorunması və mədəni irsin bərpası sahəsindəki uzaqgörən siyasətini, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, eləcə də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı fikirlərini bölüşdülər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.







18 Aprel 2026, 12:12 - 179
Paylaş: