"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İzimizi itirməyək


“İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi tərəfindən Bakı Fotoqrafiya Evində “İzimizi itirməyək” layihəsi çərçivəsində “Gədəbəyin keçmişinə səyahət” adlı elmi-praktik seminar təşkil olunmuşdur.
Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova-Aliyeva Gədəbəy rayonunun arxeoloji, tarixi-memarlıq abidələri və bölgədə aparılmış son tədqiqatlar haqqında ətraflı məlumat vermişdir.
Seminar zamanı zəngin fotoslaydlarla müşayiət olunan maraqlı məruzə təqdim edilmişdir. Məruzədə Gədəbəy arxeoloji ekspedisiyasının son illərdə rayon ərazisində apardığı arxeoloji qazıntıların nəticələri barədə, xüsusilə son tunc və erkən dəmir dövrünə aid abidələr — qədim yaşayış yerləri, qalaçalar, daş qutu qəbirlər, eləcə də Gədəbəyin qədim Alban abidələri, orta əsr qalaları və qədim ziyarətgahları haqqında dinləyicilərə geniş məlumat verilmişdir.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, tarix elmləri doktoru Vəfa Quliyeva çıxış edərək seminarın yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş və gələcəkdə də bu cür maarifləndirici elmi seminarların keçirilməsinin vacibliyini vurğulamışdır.

 

 

 

 

 

 

 

 

 

23 Aprel 2026, 21:48 - 1121

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar