Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev 50 illik yubileyi münasibətilə tanınmış jurnalist, "Veysəloğlu Şirkətlər Qrupu"nun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribliyə təbrik ünvanlayıb.
Təbrikdə M.Qəriblinin Azərbaycan mediasının inkişafındakı xidmətləri, uzunillik jurnalist və redaktorluq fəaliyyəti, həmçinin korporativ media sahəsindəki peşəkarlığı yüksək qiymətləndirilib:
"Siz Azərbaycan mediasında obyektiv mövqeyiniz, analitik təhlil qabiliyyətiniz və peşəkar prinsiplərə sadiqliyinizlə dəsti-xətt qazanmış təcrübəli media xadimisiniz. Müxtəlif mətbuat orqanlarında jurnalist və redaktor kimi gördüyünüz işlər, eləcə də mətbuat xidməti rəhbərliyi sahəsindəki fəaliyyətiniz media camiəsində hər zaman böyük hörmətlə qarşılanır. Yüksək intellektiniz, prinsipial sözünüz və səmimi insani keyfiyyətləriniz Sizi dəyərli bir ziyalı olaraq cəmiyyətimizə sevdirib."
Emin Tarverdiyev yubilyara möhkəm cansağlığı, uzun ömür, tükənməz yaratmaq həvəsi və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

23 İyul 2026, 12:37 - 82
Paylaş: