"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Laçında Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib


Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş geniş konsert proqramı təşkil olunub.

Tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və “Lachin Resort & Spa” İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konsert proqramında Xəzər Universitetinin rəqs ansamblı çıxış edib, tanınmış sənətkarların və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək tədbirin təşkilində əməyi olan qurumlara və yaradıcı heyətə təşəkkür edib. O bildirib ki, belə mədəni layihələr Laçında ictimai-mədəni həyatın inkişafına mühüm töhfə verir.

Tədbirin sonunda çıxış edən Hamlet İsaxanlı isə Müstəqillik Gününün həm qələbə, həm də qayıdış bayramı olduğunu vurğulayaraq, musiqi və rəqsin milli kimliyin formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

28 May 2026, 19:24 - 1020

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar