"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Mahirə Əmirhüseynova: "Gəncə Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin həmrəyliyini bir daha nümayiş etdirdi"


Zəfərimizin 6-cı ili ərəfəsində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu ölkəmizin vətəndaş cəmiyyəti tarixində mühüm hadisəyə çevrilib. Ölkənin müxtəlif bölgələrindən gələn 400-dən çox nümayəndənin qatıldığı bu möhtəşəm tədbir genişmiqyaslı həmrəylik nümayiş etdirməklə yanaşı, qarşıda duran strateji hədəflərin müzakirəsi üçün əvəzolunmaz platforma olub.

Tədbirin əhəmiyyəti və qadınların cəmiyyətdəki rolu barədə fikirlərini bölüşən “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib: Qədim və zəngin tarixə malik Gəncə şəhərində baş tutan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu ölkəmizin vətəndaş cəmiyyətinin tarixində mühüm bir hadisəyə çevrildi. Ölkənin dörd bir yanından gələn 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsinin qatıldığı bu möhtəşəm tədbir genişmiqyaslı həmrəylik nümayiş etdirdi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və tərəfdaş qurumların dəstəyi ilə reallaşan forum qarşıda duran strateji hədəflərin müzakirəsi üçün mükəmməl platforma yaratdı.
Forum çərçivəsində aparılan panel müzakirələrində dövlət proqramlarının icrası, sosial layihələr və regionların inkişafı istiqamətində görülən işlər geniş şəkildə təhlil olundu. Xüsusilə qeyd olundu ki, dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına göstərilən hərtərəfli qayğı QHT-lərin fəaliyyət dairəsinin genişlənməsinə güclü təkan verir. Tədbir zamanı qadınların ictimai-siyasi proseslərdəki rolunun gücləndirilməsi, onların intellektual potensialından daha səmərəli istifadə olunması məsələləri də xüsusi vurğulandı.
Gəncədən səslənən ortaq ideyalar və təşəbbüslər Azərbaycanda inklüziv inkişafın və güclü sosial əməkdaşlığın təmin olunmasına mühüm töhfə verir. Forum iştirakçıları regionlarda həyata keçirilən quruculuq işlərinin, o cümlədən vətəndaş cəmiyyətinin bu proseslərdəki yaxından iştirakının qürurverici olduğunu bildirdilər. Tədbirin sonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə Azərbaycan QHT-lərinin adından müraciət qəbul olunaraq dövlət başçısının həyata keçirdiyi siyasətə birmənalı dəstək ifadə edildi. Gəncə Əməkdaşlıq Forumu bir daha sübut etdi ki, Azərbaycan qeyri-hökumət təşkilatları ölkəmizin tərəqqisi naminə bir amal ətrafında sıx birləşiblər.

7 Noyabr 2026, 13:58 - 261

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar