"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Məcid Rəşadətoğlu yazır: Azərbaycan və türk xalqının qürur yeri - şəhid Çingiz Topel


Çingiz Topel Türkiyə və Azərbaycan tarixində iz qoymuş qəhrəman şəhidlərdən biridir. O, həm peşəkar hərbi pilot, həm də türk və azərbaycan xalqının qürur duyduğu şəxsiyyətlərdən sayılır.

  Çingiz Topel 1934-cü ildə Türkiyənin İzmit şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Hərbi Hava Məktəbinə daxil olub və burada pilot kimi yetişdirilib. O, qısa müddətdə bacarığı və cəsarəti ilə seçilərək hərbi hava qüvvələrinin aparıcı pilotlarından biri kimi tanınıb.

   1964-cü ildə Kiprdə yunan-rum və türk icmaları arasında baş verən toqquşmalara görə Türkiyə Kiprdəki türkləri qorumaq məqsədilə hava əməliyyatına başladı. 8 avqust 1964-cü ildə Çingiz Topel Eskişehir şəhərindən Kiprə göndərilən dörd təyyarədən ibarət bir eskadrilyanın komandiri kimi əməliyyata qatıldı. Lakin təyyarəsi zədələndiyi üçün o, paraşütlə tullanmalı oldu və rumların nəzarətində olan bölgəyə endi. Endikdən sonra Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin gözü qarşısında rumlar tərəfindən əsir alındı və Lefkoşaya aparıldı. Türkiyə, Lefkoşadakı BMT nümayəndəliyi vasitəsilə Yüzbaşı Çingiz Topelin azad olunmasını tələb etdi. Rum tərəfi onun sağ olduğunu və dindirildiyini bildirdi. Lakin beş gün sonra onun cəsədi BMT sülhməramlıları vasitəsilə Türkiyə tərəfinə təhvil verildi...

  Topelin cəsədi üzərində aparılan araşdırmalar onun ağır işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürüldüyünü göstərdi. Rumlar Cenevrə Konvensiyasını pozaraq gənc zabiti ağır işgəncələrlə qətlə yetirmişdilər. Türkiyəli şəxs Eşref Düşənkalkar hadisənin şahidlərindən biri kimi bunları qeyd edir: “Türk həkimlərinin və BMT əsgərlərinin iştirakı ilə Çingiz Topelin cəsədini diqqətlə incələdiyim zaman gördüm ki:

 

   - Sol gözü rumlar tərəfindən çıxarılıb.

   - Hər iki qolunun bazu hissəsi deşilib.

   - Cinsiyyət orqanları əzilib.

   - Kəllə sümüyünün sol hissəsinə beton mıxı çalınıb.

   - Sol ayağı sındırılıb.

   - Boğazından göbəyinə qədər sinəsi yarılıb və yenidən çuval kimi tikilib.

   - İç orqanları, xüsusilə ürəyi və ağciyəri bədəndən hələ şüuru özündəykən çıxarılıb.

 

  Bu faktlar, rumların beynəlxalq hüququ və insanlığa qarşı necə qəddar davrandıqlarını açıq şəkildə ortaya qoyur. Bu gün Çingiz Topelin adı Türkiyədə müxtəlif küçələrə, məktəblərə və hərbi obyektlərə verilib. Azərbaycanda da o, minlərlə türk şəhidlərindən biri kimi hörmətlə və ehtiramla anılır. Onun vətən uğrunda göstərdiyi fədakarlıq, mərdlik və qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir. Çingiz Topel, Kipr Barış Hərəkatının ilk hava şəhididir və onun adı, xatirəsi bundan sonra da xalqımızın yaddaşında daim hörmətlə anılacaqdır!

 

Məcid Rəşadətoğlu, jurnalist

 

 

Paylaş: