Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Babək rayonunda Konstitusiya və Suverenlik ili çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş mini-futbol birinciliyi keçirilib.
Yarışa başlamazdan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Babək rayonunun Çeşməbasar kənd tam orta məktəbinin mini futbol meydançasında baş tutan birinciliyə iyunun 4-də start verilib. Babək Rayon İcra Hakimiyyəti və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonun şəhər, qəsəbə və kəndlərini təmsil edən 12 komanda mübarizə aparıb. Yarışda 108 həvəskar futbolçu iştirak edib. Çeşməbasar kənd tam orta məktəbinin mini-futbol meydançasında təşkil olunan yarış şəhidlərimizin ruhuna ehtiram, gənclər arasında idmanın təbliği və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyıb. Gərgin mübarizə şəraitində keçən turnir maraqlı oyunlarla yadda qalıb. Birincilikdə qalib olan və fərqlənən komandalar kubok və fəxri fərmanlarla mükafatlandırılıb.
Belə ki, I yer üzrə Məmmədrza Dizə kəndinin komandası, II yer üzrə Nehrəm qəsəbə komandası, III yer üzrə isə Babək şəhər komandası yer tutmuşdur.