"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Narkotikə YOX!" çağırışı ilə futbol turniri uğurla başa çatdı


31 may 2025-ci il tarixində Sumqayıt  Olimpiya Kompleksində "Regional Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi. 24 il öncə keçirilmiş ənənəvi futbol turniri bu dəfə "Narkotikə YOX!" devizi ilə yenidən həyata qaytarıldı.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və narkotik vasitələrin zərərlərinə dair maarifləndirmə idi. Turnir çərçivəsində yalnız idman yarışmaları deyil, eyni zamanda nostalji və maarifləndirici məqamlar da tədbir iştirakçılarına təqdim olundu.
Gənclər, veteran futbolçular və ictimai fəallar bir araya gələrək həmrəyliyini nümayiş etdirdilər. Turnir iştirakçıları arasında müxtəlif yaş qruplarından olan şəxslər yer aldı və bu, tədbirin nə qədər geniş auditoriyaya xitab etdiyini göstərdi. Veteran oyunçular illər öncəki xatirələrini bölüşərək, gənclərə həm futbolun ruhunu, həm də sağlam həyatın önəmini çatdırdılar.
Tədbirin sonunda qalib komandalar, o cümlədən fərqlənmiş iştirakçılar müxtəlif diplom və xatirə hədiyyələri ilə təltif olundu. 
"Regional Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi olaraq inanırıq ki, bu kimi təşəbbüslər gənclərimizi zərərli vərdişlərdən uzaq tutmaqla yanaşı, onları bir araya gətirərək həmrəy cəmiyyətin formalaşmasına xidmət edir. Turnirin davamlı ənənəyə çevrilməsi üçün növbəti illərdə də bu təşəbbüs davam etdiriləcək.

Paylaş: