Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvanda nəşr olunan “Günəş” uşaq jurnalı Doğu Anadolu Erzurumda keçirilən 7-ci Kitab Sərgisində minlərlə oxucunun diqqətinə təqdim olunub. Sərgidə 130 nəşriyyat və 70-dən çox yazar iştirak edib.
Recep Tayyip Erdoğan Fuar Mərkəzində keçirilən açılış mərasimində çıxış edən Vali Mustafa Çiftçi kitabların mədəniyyətimizdəki xüsusi rolunu vurğulayaraq tədbirin təşkilatçılarını təbrik edib.
Sərgi Türkiyə–Yaponiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK Parti İstanbul millət vəkili Hulki Cevizoğlunun söhbəti ilə davam edib.
Noyabrın 30-dək davam edəcək tədbirdə “Günəş” jurnalının stendi xüsusilə uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Jurnal oxuculara maarifləndirici, rəngarəng və milli dəyərlərlə zəngin məzmununu təqdim edib.



29 Noyabr 2025, 23:42 - 658
Paylaş: