"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvanlı idmançı Sloveniyaya gedir


zərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi Əmrah Nağıyev uğurlu çıxışı ilə fərqlənib. O, 3000 metr məsafəyə maneəli qaçış və 5000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb. Göstərdiyi yüksək nəticələr sayəsində Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib. 
Əmrah Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla bu uğura imza atan ilk naxçıvanlı atlet kimi adını tarixə yazdırıb.

Paylaş: