Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçmiş, torpaqlarını və milli kimliyini qorumaq uğrunda mübarizə aparmış bir xalqdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın birliyini bütün dünyaya göstərdi. Lakin bu qələbə bizim milli yolumuzun sonu deyil, bu, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin adı Qərbi Azərbaycana Qayıdışdır. Qərbi Azərbaycan — tarixən azərbaycanlıların ata-baba yurdu, mədəniyyətimizin və tarixi köklərimizin mühüm bir hissəsidir. Gəncəbasar, Göyçə, Zəngibasar, Vedibasar, Zəngəzur kimi diyarlar əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olmuşdur. Lakin XX əsrin faciəli hadisələri nəticəsində azərbaycanlılar bu torpaqlardan zorla didərgin salındılar. Bu gün Azərbaycan dövləti və xalqı ədalətin bərpası,tarixi haqların tanınması və sülh çərçivəsində geri dönüş istiqamətində möhkəm və ədalətli mövqe nümayiş etdirir. “Qərbi Azərbaycana qayıdış” ideyası müharibə yox, sülh və ədalət zəfəri kimi qəbul olunur. Bu, beynəlxalq hüquqa, insan haqlarına və tarixi ədalət prinsiplərinə əsaslanan bir hərəkatdır. Prezident İlham Əliyevin də dediyi kimi: “Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq hüququn norma və prinsipləri ilə tam uzlaşır." Növbəti Zəfər – Qərbi Azərbaycan zəfəri silahla deyil, haqq, ədalət və sülhün gücü ilə qazanılacaq. Bu zəfər yalnız torpağa dönüş deyil, milli yaddaşın, mədəni kimliyin, vəhdətin bərpasıdır. Qərbi Azərbaycan bizim tariximiz, kimliyimiz və gələcəyimizdir. Bu ideya millətimizi birləşdirən ən ali məqsədlərdən biridir. Növbəti zəfər – ədalətli, sülh dolu və qürurlu qayıdış zəfəri olacaq!
Vüsal Hümbətzadə

11 Noyabr 2025, 19:34 - 122
Paylaş: