Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bu gün paytaxt Bakıda minifutbol üzrə dünya çempionatının son oyunları keçirilib.
Bütün oyunları qələbə ilə sıralayan Elşad Quliyevin yetirmələri yekunda “Dünya Çempionu” titulunu qazanmaq üçün meydana çıxıblar. Onlar “yaşıl xalça”da Macarıstan millisi ilə üz-üzə gəliblər. Təmkin Xəlilzadə və Məhəmməd Xəlilovun aktivində hərəyə bir qol qeyd olunsa da, Rəvan Kərimovun dublu komandamızı Macarıstan üzərində qələbəyə aparıb. Macarlar yalnız bu toplardan ikisinin əvəzini çıxa biliblər.
Üçüncü yer uğrunda isə Serbiya və Monteneqro milliləri üz-üzə gəliblər. Serbiya komandası üçüncü pilləyə üç qolla sahib çıxıb.
Vetenbagi.az olaraq milli komandamızı təbrik edir, davamlı nailiyyətlər arzulayırıq.