Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə şəhid, polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun xatirəsi yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin şəhidin ailəsinə olan hörmət və ehtiramını bildirib. Qeyd etdi ki, Azərbaycan polisi Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərib, işğal altında olan ərazilərimizin azad olunmasında xüsusi rəşadət nümayiş etdirib. Qəhrəmanlıq göstərən polilərimizdən birinin də 2023-cü ilin sentyabrın 19-da şəhidlik zirvəsinə ucalan Əsgərov Ələsgər Zakir oğlu olduğunu vurğulayıb, onun xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib.
Sonda Şəhid Ələsgər Əsgərovun atası Zakir Əsgərov torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.