"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Qızıl üzük töhmət gətirdi


Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə valideynlər tərəfindən qızıl üzük alınması ilə bağlı video sosyal şəbəkələrdə trend olub. “Vetenbagi.az” “Report”a istinadən xəbər verir ki, müəllimə töhmət verilib. Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsidən verilən məlumata görə hadisə mayın 24-də qeyri iş günü məktəbdənkənar ərazidə çəkilib: “Valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".

İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar