Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qubada Qərbi Azərbaycan İcması, Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında geniş tərkibli görüş keçirilib və qarşılıqlı əməkdaşlığı rəsmiləşdirən memorandum imzalanıb.
Tədbir Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində baş tutub. Görüşdə sosial dəstək proqramlarının gücləndirilməsi, hüquqi maarifləndirmə, mediasiya xidmətlərinin əlçatanlığının artırılması və birgə sosial təşəbbüslərin institusional əsasda həyata keçirilməsi müzakirə olunub.
Toplantıda Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qərib müəllim, YAP Quba rayon təşkilatının təmsilçisi Elxan müəllim, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Fuad Orucov, millət vəkilinin köməkçisi Qalib Hidayətov, müxtəlif qurumların rəhbərləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin fəxri qonağı – AYB Quba bölməsinin sədri, tanınmış şair və publisist Ramiz Qusarçaylı çıxışında şəhidlərin xatirəsinə ehtiramın hər bir vətəndaş üçün mənəvi borc olduğunu vurğulayıb.
Görüş zamanı qeyd olunub ki, regionda sosial məsuliyyət layihələrinin icrası, şəhid ailələrinin və digər həssas qrupların dəstəklənməsi, həmçinin mediasiya xidmətləri üzrə maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanan memorandum bu sahədə koordinasiyalı və davamlı əməkdaşlığa imkan yaradacaq.
“Vətən Naminə” İctimai Birliyinin sədri Tünzalə xanım və Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev çıxışlarında birgə layihələrin və informasiya mübadiləsinin sosial təşəbbüslərin daha effektiv icrasına şərait yaradacağını bildiriblər.
Görüş qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda yekunlaşıb. Sonda xatirə fotosu çəkdirilib və təşkilatçılığa görə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə təşəkkür edilib.




5 Dekabr 2025, 20:39 - 136
Paylaş: