"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Qürur anı: Naxçıvanlı voleybolçular ölkə səhnəsində fərqləndi


"Möminə xatun" komandası 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi, 14 və 18 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandaları isə ölkə çempionatının bürünc medalçıları olublar. Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli komandaların üzvlərini qəbul edib. Fuad Nəcəfli voleybolçu qızların ilkə imza ataraq qazandığı bu uğuru müstəqillik illərində Naxçıvanda idman sahəsində qazanılmış ən böyük nəticələrdən biri kimi qiymətləndirərək qələbənin bütün muxtar respublika ictimaiyyətinin sevincinə səbəb olduğunu deyib, komanda üzvlərinə qələbə münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialına və komandaların məşqçi heyətinə təşəkkür edib. Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev göstərilən dəstəyə görə səlahiyyətli nümayəndəyə və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə minnətdarlıq edib. Görüşdə Voleybol Federasiyası Naxçıvan filialının baş katibi Rahil Tahirli, “Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri və digər məşqçi heyətinin Naxçıvanda voleybolun inkişafındakı xidmətləri xüsusi qeyd edilib. “Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri, komandanın kapitanı Həlimə Hüseynli yarış barədə fikirlərini bölüşərək, ölkə kubokunu Naxçıvana gətirdiklərinə görə qürur və sevinc hissləri keçirdiklərini qeyd ediblər. Sonda xatirə fotosu çəkdirilib.

Paylaş: