Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bakıda "Abdullazadeh Agency"nin təşkilatçılığı ilə sahibkarlar üçün marketinq seminarı baş tutub.
Tanınmış marketoloq Mahal Abayeva tərəfindən keçirilən təlim zamanı öz brendini böyütmək, satışları artırmaq və bazarda mövqeyi gücləndirmək üçün sahibkarlarla vacib istiqamətdə müzakirələr aparılıb.
Seminar zamanı biznesin inkişafına yönəlmiş real strategiyalar ətrafında fikir mübadiləsi aparılıb, sahibkarların qarşılaşdığı çətinliklərdən çıxış yolları axtarılıb.
Marketinq seminarı sahibkarlar üçün mühasibatlıq və maliyyə məsələlərində tam dəstək göstərən "Qanun Mühasibatlıq Xidmətləri" şirkətində baş tutub.
Qeyd edək ki, "Abdullazadeh Agency" bizneslərin rəqəmsal mühitdə inkişafını təmin edən kreativ və strateji marketinq agentliyidir. Agentlik brendlərin fərqlənməsi, güclənməsi və davamlı böyüməsi üçün peşəkar həllər təqdim edir.
15 Dekabr 2025, 20:06 - 46
Paylaş: