Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Oxucuları Kitab Klubunda yazıçı Səxavət Məmmədin “Savaş və Duman” kitabına həsr olunmuş müzakirə keçirilib. Görüşdə müəllif savaş dövründə yaşanan gerçəkliklərdən və kitabın yaranma prosesindən danışıb.
Tədbirdə “Çapar” nəşriyyatının rəhbəri və kitabın texniki redaktoru Yusif İlhamoğlu ədəbiyyatın cəmiyyətə təsirini vurğulayıb. Kitabın məsləhətçisi, hərbi ekspert Tərlan Eyvazov isə müharibənin strateji tərəflərinə dair sualları cavablandırıb.
Üç saatdan artıq davam edən müzakirədə gənclərin fəallığı və dərin məzmunlu sualları diqqət çəkib.
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev bildirib ki, tədbir gənclərin Vətən mövzusuna ciddi yanaşmasının göstəricisidir.
Müzakirə fikir mübadiləsi ilə yekunlaşıb.




1 Dekabr 2025, 22:57 - 848
Paylaş: