"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Sedat Şamilli Polşadan yazır: Azərbaycan diasporasının fəaliyyəti və gələcək planları


Azərbaycan diasporası dünya miqyasında milli kimliyin qorunması, milli-mədəni irsin təbliği və ölkəmizin maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması istiqamətində mühüm fəaliyyət göstərir. Bu fəaliyyətlərin əsasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən dövlət strategiyası dayanır.
Hazırda Azərbaycan diasporası müxtəlif ölkələrdə mədəniyyət günləri, konfranslar, sərgilər, ədəbi-bədii tədbirlər, tanıtım kampaniyaları və milli bayramlarla bağlı genişmiqyaslı tədbirlər təşkil edir. Xüsusilə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində əhəmiyyətli addımlar atılır. Eyni zamanda, gənc diaspor nümayəndələrinin təhsili və inkişafı üçün müxtəlif proqramlar həyata keçirilir, diaspora təşkilatları arasında əməkdaşlıq gücləndirilir.
Azərbaycan diasporasının gələcək planları sırasında beynəlxalq platformalarda ölkəmizin maraqlarının daha fəal müdafiə olunması, yeni nəsil diaspor nümayəndələrinin yetişdirilməsi, informasiya müharibəsində effektiv iştirak, müasir texnologiyalardan istifadə etməklə Azərbaycan mədəniyyətinin və dəyərlərinin daha geniş tanıdılması dayanır. Bundan əlavə, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və onların ictimai-siyasi fəallığının artırılması məqsədilə yeni layihələr planlaşdırılır.
Azərbaycan diasporasının məqsədi dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızı milli birliyə cəlb etmək, onların mədəni, mənəvi və ictimai həyatını zənginləşdirmək və eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına töhfə verməkdir.

Sedat Şamilli, Azərbaycan Respublikasının Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin Polşa üzrə koordinatoru, Krakov Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, “Xarı Bulbul” Dünya Azərbaycanlıları Mədəniyyət Assosasiyasinın sədri

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar