Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Şəhid leytenant Qabil Orucəliyevin anası Nuriyyə Orucəliyeva ona və ailəsinə göstərilən diqqət, qayğı və humanist dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. Bir ana qəlbindən yazılan bu sətirlər Azərbaycan cəmiyyətində birlik, mərhəmət və dövlət-vətəndaş həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirilir.
Məktubda deyilir:
> "Bu məktubu bir şəhid anası, bir övladını Vətən yolunda qurban vermiş, digər övladını isə həyatla ölüm arasında görmüş bir ana kimi yazıram. Oğlum şəhid leytenant Qabil Orucəliyev bu torpaq uğrunda canını fəda etdi. Onun şəhadəti mənim üçün həm böyük bir qürur, həm də ömürlük bir yanğıdır.
Zaman keçmədi ki, tale məni ikinci ağır sınağa çəkdi. Digər oğlum İsa Orucəliyev xərçəng xəstəliyi ilə mübarizəyə başladı. Artıq bir övladını itirmiş ana üçün bu ağrı sözlə ifadə olunmaz idi. Amma bu yolda tək qalmadım.
Azərbaycan xalqının mərhəməti, birliyi və dəstəyi məni ayaqda saxladı. İsanın müalicəsində bizə maddi kömək edən, duaları, diqqəti ilə yanımızda olan hər kəsə minnətdarlığımı bildirir, təşəkkür edirəm. Sizin sayənizdə bu gün oğlum sağalıb, yenidən həyata qayıdıb.
Xüsusi minnətdarlığımı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanıma bildirirəm. Heydər Əliyev Fondu tərəfindən göstərilən maddi dəstək, qayğı və diqqət bir ana üçün təsəlli, bir övlad üçün isə həyat oldu.
Bu gün müalicəmiz başa çatdığı üçün oğlumla birlikdə Naxçıvana qayıtdıq. Qəlbimizdə böyük bir sevinc, gözlərimizdə isə minnətdarlıq yaşları var.
Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza birlik və qüvvət versin. Sizlərə göstərdiyiniz insanlıq və mərhəmətə görə dərin təşəkkürümü bildirir, hər birinizə cansağlığı arzulayıram.
Hörmət və minnətdarlıqla,
Şəhid leytenant Qabil Orucəliyevin anası
Nuriyyə Orucəliyeva
16 Dekabr 2025, 0:02 - 54
Paylaş: